Paris yaxınlığındakı bazarı ələ keçirməyə cəhd edən fermerlər saxlanılıb

  • By ilhame
  • 31 Yanvar 2024 22:52

Fransada etiraz edən fermerlər Paris yaxınlığındakı Ranjis ərzaq bazarını ələ keçirməyə cəhd ediblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

 

Nəşr qeyd edib ki, bir qrup fermer İl-de-Fransın bütün metropoliten regionunu ərzaqla təmin edən bazarın pavilyonlarından birinə soxulmağa cəhd edib.

 

Hadisə yerində növbətçi polislər fermerləri binadan çıxarıb, 79 nəfər saxlanılıb. Onlar furqonlarla polis bölmələrinə aparılıb.

Gununsesi.info