Parisdə əhaliyə xəbərdarlıq: Parklar və qəbiristanlıqlar bağlandı

  • By admin
  • 22 Yanvar 2024 16:28

Güclü külək fırtınası ilə yaxınlaşan əlverişsiz hava şəraiti ilə əlaqədar Paris meriyası paytaxtın parklarını və qəbiristanlıqlarını ziyarətçilərin üzünə bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Bazar ertəsi səhər saatlarında Fransa paytaxtının meriyası vətəndaşları heç bir əlavə səbəb olmadan heç yerə getməməyə, küçədə daha diqqətli olmağa və ağacların altında gəzməməyə çağırıb.

Fransanın şimal-qərbində artıq minlərlə elektrik kəsilməsinə və Brittani adalarında çoxsaylı reyslərin, qatarların və bərələrin ləğvinə səbəb olan İşa adlı fırtına baş verəcək. Üç departament üçün narıncı xəbərdarlıq səviyyəsi verilib.

Brittani və Normandiyanın okean sahillərində bəzi yerlərdə 120-140 km/saat (38 m/s-ə qədər) küləyin əsməsi artıq qeydə alınıb. Parisdə 85 km/saata (23 m/s) çatan küləklər gözlənilir.

Günortadan sonra siklon şimala, Skandinaviya yarımadasına doğru hərəkət etməyə başlayacaq.

Xatırladaq ki, fırtına səbəbindən Mançesterdən Dublinə uçan Ryanair təyyarəsi təyinat hava limanına enə bilməyib və Parisə uçmağa məcbur olub.

Gununsesi.info