Parisdə 130 nəfərin həyatına son qoymuş İŞİD komandirləri məhv edildi

  • By admin
  • 13 Dekabr 2016 21:02

isid

 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib.  Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Məlumata görə, əməliyyat dekabrın 4-də Rəqqa şəhəri yaxınlığında keçirilib. Üçüncü məhv edilmiş terrorçu Valid Həmmam Belçikada 2015-ci ildə qarşısı alınmış terror aktının təşkilatçısı olub.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.

Gununsesi.info