Avropada koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Agnes Buzin məlumat verib.
Onun sözlərinə görə, paytaxt Parisdə çinli turist koronavirusdan (COVID19) həyatını itirib. Həmin şəxs 80 yaşlı qadın olub.
Qeyd edək ki, koronavirusdan ölənlərin sayı 1526 nəfərə çatıb.
Gununsesi.org