Parisdə COVID-19 məhdudiyyətlərinə qarşı aksiyada toqquşma – VİDEO

  • By admin
  • 11 Sentyabr 2021 19:12

Fransada yenidən etiraz aksiyaları keçirilib.

Bu gün paytaxt Parisdə sanitar normalara qarşı keçirilən etiraz aksiyasında nümayişçilərlə polis arasında toqquşmalar olub, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib.

Qəzəbli kütlə onların yürüş etdikləri yolun üzərində olan restoranın oturacaqlarını, şüşə butulkalarını, külqabıları hüquq-mühafizə orqanları tərəfə atıblar.

Aksiyalar zamanı saxlanılanlar olub. Onların sayı barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, Avropa ölkələrində vaksin əleyhinə, qadağa və məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir.

Mənbə: “RİA Novosti”

Gununsesi.info