Parisdə gənclər iqlim dəyişikliyinə diqqət çəkmək üçün nümayiş keçirdi

Fransanın paytaxtı Parisdə gənclər iqlim dəyişikliyinə diqqət çəkmək üçün nümayiş keçirib.

Gununsesi.info xəbər verir ki, nümayişçilər isveçli iqlim fəalı Qreta Tunberqin 2018-ci ildə başlatdığı “Gələcək üçün cümə günləri” hərəkatının çağırışına görə toplaşıblar.

HTML tutorial

Aksiya iştirakçıları “Hidalqo beyinlərimizi satır, reklama son” yazılmış böyük plakatla yanaşı, üzərində “İkinci bir dünya yoxdur”, “Sabah da yaşamaq istəyirəm” və “Dünyanı xilas et” şüarlarının yer aldığı plakatlar daşıyıblar.

Nümayişdə “Sahibkarların prezidenti Emmanuel Makron, siz planeti məhv edirsiniz”, eləcə də polis və kapitalizm əleyhinə şüarlar səsləndirilib.

Aksiyaçılar nümayişə 5 min adamın qatıldığını vurğulasalar da, ölkənin Daxili İşlər Nazirliyi bu rəqəmin 500 olduğunu açıqlayıb.

Gununsesi.info