Parisdə məşhur brendin sərgi kolleksiyası oğurlandı

  • By admin
  • 18 Sentyabr 2023 09:28

Məşhur geyim brendi Balmain-in Paris Moda Həftəsində təqdim etməli olduğu kolleksiya nümayişin başlamasına 10 gün qalmış oğurlanıb.

Gununsesi.info xəbər verir ki, Balmain moda evinin direktoru Olivier Rousteing İnstaqram səhifəsində sentyabrın 25-dən oktyabrın 3-dək Paris Moda Həftəsində təqdim olunacaq şəxsi dizayn kolleksiyasının oğurlandığını bildirib.

Rousteing bildirib ki, kolleksiyanı daşıyan yük maşını gecə saatlarında hava limanı yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılıb. Yük maşınında olan 50 ədəd kolleksiya oğurlanıb.

Rousteing qeyd edib ki, o, eksponatları yenidən hazırlayıb Moda Həftəsində təqdim edəcək.

Fransız mətbuatı şoudan 10 gün əvvəl oğurlanan kolleksiyanın 2024-cü ilin yaz mövsümü üçün nəzərdə tutulduğunu yazıb.

Səid Əhmədli
Gununsesi.info