
Parisdə polis zorakılığına və irqçiliyə qarşı nümayiş keçirilib.
Gununsesi.info xəbər verir ki, etirazçılar Parisin şərqində yerləşən Bastiliya meydanına doğru hərəkət ediblər.
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının nümayəndələri, o cümlədən siyasi partiyaların üzvləri iştirak ediblər.
Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, Fransanın hüquq-mühafizə orqanları əməkdaşlarının əməllərindən zərər çəkənlərlə həmrəyliklərini bildiriblər.
Gununsesi.info