Parisdə polislər hakimiyyətə qarşı etiraz aksiyası keçirdilər

  • By arzu
  • 12 İyun 2020 18:45

Paris polisi Yelisey çölündə “polis yoxdursa, sülh də yoxdur” şüarı altında etiraz aksiyası keçirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Əvvəlcə asayiş keşikçiləri “Zəfər tağı”nın ətrafını avtomobillərlə dövrəyə alıb. Maşınlarda xidmət zamanı yaralanan polislərin təsvirləri əks olunan plakatlar yerləşdirilib. Daha sonra polislər piyada Yelisey çölünə yollanıblar.

Aksiyada onlarla polis iştirak edib. Onlar Fransa hakimiyyətini öz polisini dəstəkləməməkdə ittiham ediblər. Aksiya iştirakçıları həmçinin polislərin irqçi olmadığını və onlara qarşı qəzəbə son qoymağa çağırış ediblər.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org