Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında yeni qalmaqal yaşanıb. Paraqvaylı üzgüçü Luana Alonso Paraqvay Olimpiya Komitəsi tərəfindən Olimpiya kəndindən qovulub.
20 yaşlı üzgüçü 1:03.09 nəticə göstərərək Olimpiya Oyunlarının yarımfinalına yüksələ bilməyib.
Qeyd olunub ki, Luana Alonso Olimpiya kəndindən gəzinti üçün ayrılıb, daha sonra Olimpiya kəndinə qayıdıb. Paraqvay Olimpiya Komitəsinin onun bu davranışından narahat olduğu bildirilib.
Həmçinin bildirilib ki, Paraqvay Olimpiya Komitəsi missiyasının rəhbəri Larissa Schaerer Luana Alonsoya təlimatlara uyğun davranmağa görə məlumat verib.
Paraqvay Olimpiya Komitəsinin prezidenti Camilo Perez Paraqvaya qayıtdıqdan sonra bu vəziyyəti yenidən gözdən keçirəcəklərini vurğulayıb. Bildirilib ki, onlar bu davranışı ilə bağlı Paraqvay Olimpiya Komitəsinin missiyasının rəhbəri Larissa Schaererdən hesabat gözləyirlər.
Günel Həsənova
Gununsesi.info