Parisdə terrorçu polislə həyat yoldaşını qətlə yetirdi - VİDEO

  • By admin
  • 14 İyun 2016 10:50

paris

 

HTML tutorial

İyunun 14-nə keçən gecə Paris ətrafında naməlum şəxs polis əməkdaşını qətlə yetirib və onun həyat yoldaşı və oğlunu girov götürüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ətrafı ərazidə, Mananvildə qeydə alınıb. Naməlum şəxs qonşusu olan polis əməkdaşına bıcaqla hücum edib və qarın nahiyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib. Daha sonra o, ölən polisin evinə girərək mərhumun həyat yoldaşı və 3 yaşlı oğlunu girov götürüb. Hadisə yerinə gələn Fransa polisi xüsusi təyinatlıları əməliyyata başlayıblar. Cinayətkar əməliyyat zamanı öldürülüb. Evə daxil olan polis əməkdaşları qadının meyidini aşkar ediblər. 3 yaşlı oğlan uşağı isə sağ qalıb.

Hadisə ilə bağlı bu gün Yelisey sarayında Fransa prezidenti Fransua Ollandın xüsusi iclas keçirəcəyi gözlənilir.

Fransanın daxili işlər naziri Bernar Kaznyov artıq hadisə ilə bağlı başsağlığı verib.

“Frans Press”in məlumatına görə, polisi və həyat yoldaşını qətlə yetirən kişi İŞİD-lə əlaqəsi olması haqda bəyan edibmiş. O bunu polislə danışıqlar zamanı bəyan edib.

Bundan əlavə, internetdə terroristik qrupların fəaliyyətini araşdıran ABŞ-ın SİTE monitorinq qrupu İŞİD-ə bağlı “Amaq”  xəbər agentliyinə istinadən məlumat verib ki, “İŞİD silahlısı Le Myuro şəhərində polis rəisinin müavinini və onun həyat yoldaşını qətlə yetirib”.

Hazırda Parisdə futbol üzrə Avropa çempionatı keçirilir.