Parisdə Ukrayna sammiti keçiriləcək

  • By Günel
  • 21 Mart 2025 08:08

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.

“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər” koalisiyasının sammitini keçirəcəyik”, – Makron bildirib.

Bundan əvvəl Bloomberg agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirib.

Gununsesi.info