Parisdə məscidə hücum edildi – FOTO

  • By admin
  • 02 Dekabr 2020 22:50

Fransada naməlum şəxslər Paris yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı şəhər meriyasına istinadən yayıb.

Bildirilir ki, cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək dini ibadətgahın qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibadət zalına odsöndürən məhlulu töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları görüb. Lakin cinayətkarlar qaçaraq ərazidən uzaqlaşıblar. Polis onların istifadə etdiyi avtomobili yaxınlıqda yandırılmış vəziyyətdə aşkarlayıb.

Yerli mətbuat Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.

Gununsesi.info