
Bakıda Park Bulvar alış-veriş mərkəzində 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhdhadisəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Bu haqda Gununsesi.info-ya Anadolu Agentliyi Bakı Ofisindən məlumat verilib. Belə ki, Anadolu Agentliyinin fotoqraflarının çəkdiyi fotolardan ibarət“15 İyul Milli İradənin Yüksəlişi” adlı sərgidə 15 İyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türk xalqının FETÖ üzvlərinə qarşı müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub.
Sərgiyə gələnlər Anadolu Agentliyinin hazırladığı “Dəqiqə Dəqiə FETÖ-nün Çevriliş Cəhdi” kitabını pulsuz əldə edə bilər. Sərgi 13 Sentyabr tarixinədək davam edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info