Park City restoranından şikayət var: “27 AZN-lik yemək bu keyfiyyətə dəyməz”

Vətəndaş Park City, 3-cü mərtəbəsində fəaliyyət göstərən restorandır narazıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

“27 AZN-lik yemək bu keyfiyyətə əsla dəyməz! Toyuq kababının içi çiy, çörək yanmış, düyü köhnə görünüşlü, salat turş, reyhan kompotu isə həddindən artıq turş idi. Salatda 3–4 albalı, pomidorlar isə səliqəsiz doğranmışdı.

27 AZN-ə bu nə keyfiyyətdir?! Müştəri pulunun qarşılığında normal yemək gözləyir, məyusluq yox!

Mübahisə etmədim, hesabı ödədim, ofisianta da çay pulu qoydum — çünki mətbəxin səhvinə görə ofisiant günahkar deyil.

Restoran rəhbərliyi, keyfiyyətə nəzarət edin! Bu qiymətə belə yemək təqdim etmək qəbuledilməzdir”.