Parkda Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapıldı

Neftçala rayon sakini qətlə yetirilib.
Gununsesi.info Unikal.org-a istinadən bildirir ki,  verilən məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

COMMENTS