Parkda soyğunçuluq edən “zek”lər  YAXALANDI

  • By admin
  • 03 İyul 2018 12:45

 Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılıblar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki parkların birində Şirvan şəhər sakini Vicay Əmənovu döyüb 245 manatını almaqda şübhəli bilinən əvvəllər məhkum olunanlar – Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılıblar.

Araşdırmalar zamanı T.İsayevin borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.