Parklanma yerlərində qiymətlər faizlə hesablana bilər

  • By admin
  • 17 Fevral 2022 14:25

Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.

Gununsesi.info-nun xəbərinə görə, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri üçün, habelə duracaq və parklanma yerlərinə görə ödənişlərin daha da səmərəli differensiallaşdırılması üçün onların məbləğinin faizlə hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunacaq.

Gununsesi.info