Parlament baş nazirin istefasını qəbul etmədi

  • By admin
  • 27 İyul 2016 15:30

mol

Moldova parlamentində müxalifətdən olan deputatlar baş naziri Pavel Flipin istefası və Nazirlər Kabinetinin buraxılması ilə bağlı məsələni gündəliyə salıb.

Gununsesi.info “noi.md”yə istinadən xəbər verir ki, məsələnin gündəliyə salınmasna baxmayaraq deputatlar məsələnin müzakirəsini təxirə salmaq barədə səs verib və bununla da məsələ müzakirədən çıxarılıb. Yalnız 30 deputat hökumətin istefasına səs verib . Hökumətin istefasna kommunistlər, sosialistlər və liberal-demokratlar səs verib. Müxalifət baş naziri ölkənin iqtisadiyyatınıı dağırmaqda ittiham edərək, ölkədəki sabitliyi pozmaqda ittiham edirlər.

Gununsesi.info