Milli Məclisin bu gün keçirilən plenar iclasında 13 məsələ müzakirə olunacaq.
Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, parlamentarilər plenar iclasda “Turizm haqqında” qanun layihəsini, “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, eyni zamanda Azərbaycanla Latviya arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sənədi təsdiq edəcəklər.
Bununla belə parlamentarilər, diplomatik korpuslardakı ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə əlaqədar olaraq “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” haqqında qanunlara dəyişikliklər məsələsini müzakirə edəcəklər.
Deputatlar bioloji fəallığa malik qida əlavəsi ilə bağlı “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında” , “Reklam haqqında” qanunlara dəyişikliyi müzakirə etməklə yanaşı, bu sahədə qanunvericiliyi pozan şəxslərə cəzaların sərtləşdirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə , Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikləri, o cümlədən “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info