Parlament bu ilin son iclasının tarixini və gündəliyini açıqladı

  • By admin
  • 22 Dekabr 2016 11:37

millimeclis-2015_40

Azərbaycan Milli Məclisinin 2016-cı ildə-payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik GÜnü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.

Mürtəza

Gununsesi.info