““Parlament” də gorbagor oldu, status da” – Prezident

  • By admin
  • 15 Yanvar 2021 18:11

”Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi”.

 

Gununsesi.org xəbər verir ki, bunu Şuşa şəhərinə səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi ermənilərin bu planlarını yarımçıq qoyub: ”Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”.

Gununsesi.org