Parlament ikinci dəfə Paşinyanın namizədliyini RƏDD ETDİ

  • By admin
  • 10 May 2021 20:57

Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib.

Gununsesi.info  TASS-a istinadla xəbər verir ki, bununla da, qanuna əsasən, parlamentin buraxılması artıq labüdləşib.

“Paşinyanın lehinə cəmi bir deputat səs verib. 76 deputat isə bitərəf qalıb. Bu, o deməkdir ki, Ermənistan Konstitusiyasına əsasən, parlament buraxılmalı və yeni seçki keçirilməlidir”, – deyə millət vəkili Ararat Mirzoyan bildirib.

Gununsesi.info