Parlament İmran Xana qarşı təklifi rədd etdi

  • By admin
  • 03 Aprel 2022 12:52

Pakistan parlamenti ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsini rədd edib. 

Gununsesi.info xəbər verir ki, Pakistan telekanalları tərəfindən canlı yayımlanan müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Müxalifət 2018-ci ildə hakimiyyətə gələn İmran Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edərək baş nazirə etimadsızlıq elan etmək cəhdinə başlayıb.

Ölkə parlamentinin aşağı palatasında keçirilən iclasa sədrlik edən vitse-spiker Qasım Xan-Suri bildirib ki, belə bir səsvermənin keçirilməsi ölkə konstitusiyasının 5-ci maddəsinə zidd olacaq və buna görə də keçirilə bilməz. Bundan sonra o, parlamentin işində fasilə elan edib.

Bu qərar müxalifətin hiddətinə səbəb olub.

Gununsesi.info