Parlament jurnalistləri üçün treninqlər təşkil ediləcək

  • By admin
  • 17 Fevral 2017 13:38
meclis
Parlament jurnalistləri üçün treninqlər  təşkil olunacaq.
 Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova media rəhbərləri ilə  görüşdə səsləndirib.
Onun sözlərinə görə, parlamentin fəaliyyətinin cəmiyyətə daha düzgün, obyektiv və qərəzsiz, eyni zamanda, qanunvericiliyin ictimaiyyətə çatdırılması baxımından  treninqlər  təşkil etmək planlaşdırılır.
“Bu treninqlər parlament jurnalistlərinin peşəkarlığının artırılması məqsədi daşıyır”- deyə, B. Muradova bidlirib.
MM-in Aparat rəhbəri Səfa Mirzəyev də belə treniqnlərin keçirilməsinin vacibliyini  qeyd edib.
Mürtəza 
Gununsesi.info