Parlament Jurnalistləri Birliyi diplomatik nümayəndəliklərə müraciət etdi

  • Müəllif: admin
  • 02 Noyabr 2016 13:31

pyb

Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, müraciətin məqsədi ölkəmizdə fəlaiyyət göstərən xarici ölkələrin səfirləri ilə  geniş müsahibələrin hazırlanmasıdır.

Bu barədə məlumat verən PJB sədrinin müavini Aqil Aslanın  sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı, səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir.

“Biz səfirliklərin dəstəyi ilə xarici ölkələrin jurnalist təşkilatları, mətbuat orqanları ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindəyik. Məqsədimiz xarici mətbuatla münasibətlər qurub Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının xarici mediada işıqlandırılmasına nail olmaqdır”- deyə, A. Aslan bildirib.
Qeyd edək ki, PJB bu gündən başlayaraq xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının başçılarına rəsmi müraciətlər göndərib.

Gununsesi.info