Parlament prezidenti baş nazir postundan azad etdi

  • By admin
  • 13 Dekabr 2016 17:11
shavkat_mirziyoev_2016-09-06_2
Parlament  Özbəkistan prezidentini baş nazir  postundan azad edib.
Gununsesi.info xəbər verir ki, Özbəkistanın yuxarı palatası olan Senat bu gün keçirilən plenar iclasında  ölkənin yeni seçilən prezidenti  Şövkət Mirzəyevi baş nazir postundan azad edib.
“Uzinform” xəbər verir ki, parlamentin plenar iclasında çıxış edən Senatın sədri Niqmatilla Yuldaşev  bildirib:
“Şövkət Mirzəyevin baş nazir postundan  azad olunması ilə bağlı sənəd layihəsi əlinizdədir və xahiş edirəm sənədə səsə verəsiniz”.   
Deputatlar baş nazir Şövkət  Mirzəyevin vəzifəsindən uzaqlaşdırlmasıan yekdilliklə səs verib.
Qeyd edək ki, dekabrın 4-də Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən ölkənin baş naziri Şövkət Mirzəyev  seçicilərin səsinin 88,61 faizini  toplayaraq prezident seçilib.
Gununsesi.info