Parlament sahibkarlıq fəaliyyətinə verilən icazələrin artırılması barədə layihəni qəbul edib

  • By admin
  • 20 Dekabr 2021 11:58

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun xəbərinə görə, dəyişikliklə sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilir.

HTML tutorial

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Gununsesi.info