Parlament seçkilərini 500 yerli və 5 xarici müşahidəçi izləyəcək

  • By admin
  • 07 İyun 2016 12:27

 Milli Majlis

 

HTML tutorial

İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkiləri 500-dən artıq yerli və 5 xarici müşahidəçi izləyəcək.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov  deyib. O bildirib ki, xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər.

MSK sədri qeyd edib ki, həmin dairə üzrə 40 məntəqə var, hər məntəqəyə 12-13 müşahidəçi düşür: “Həm imkanlar, həm də müşahidəçilərin sayı baxımından heç bir problem yoxdur. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb”.

 

Gununsesi.info