“Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 41 məsələ daxil edilib.
Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;
“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 3-cü oxunuşda;
“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;
“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik;
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi;
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna dəyişiklik;
“Vətəndaşlıq haqında” qanuna dəyişiklik;
Cəzaların icrası Məcəlləsinə dəyişiklik;
“Veteranlar haqqında” qanuna dəyişiklik
“Büdcə sistemi haqqında” qanuna dəyişiklik;
“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;
“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik;
Cinayət Məcəlləsində dəyişiklik;
Əmək Məcəlləsində dəyişiklik;
“İşsizlikdən sığorta haqqında” qanun layihəsi 1-ci oxunuş
Guinunsesi.info