Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Məlumata görə, Komitədə sessiya müddətində “Əfv institutu – Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.
Gununsesi.info