“Son zamanlar bəzi dərman vasitələrinin tapılmaması halları yaşanır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov bildirib.
“Bu səbəblərə görə xəstələr və həkimlər problemlərlə üzləşir. Hətta həmin dərman vasitələrin əvəzediciləri yoxdur. Bu da vəziyyəti ağırlaşdırır. Hər kəs problemi ciddi qəbul edir. Problemin səbəbləri birinici beynəlxalq olsa da, ikinci məqam isə düşünürəm ki, daxili səbəblərlə bağlıdır. Hazırda Ukrayna-Rusiya arasında baş verən müharibə dərman idxalına mane olur. Hətta ölkəyə dərman idxal edən özəl şirkətlər qiyməti tənzimləyə bilmədiyindən dərmanların ölkəyə gətirilməsini zərərli hesab edirlər”,- deyə deputat çıxışında vurğulayıb.
Gununsesi.info