Parlamentdə deputatın rəqsi gündəm oldu – VİDEO

Yeni Zelandiyada 21 yaşlı deputat öz köklərinə və yerli haqlarına sadiqliyini təmsil etmək üçün parlamentdə “Haka” rəqs edib. “Haka” rəqsinin görüntüləri dünya miqyasında viral olub.

Gununsesi.info xəbər verir ki, ölkədə tarix yazan deputat sosial medianın gündəminə düşüb. 21 yaşlı Hana-Ravhiti Maipi-Clarke Yeni Zelandiya parlamentinə seçilib və son 170 ilin ən gənc qadın deputatı olub.

Yeni Zelandiyanın yerli xalqı olan Maori xalqının gənc nümayəndəsi parlamentdəki çıxışında ilk olaraq öz ənənəvi rəqsi olan “Haka” rəqsini ifa edib. Deputatın “Haka” rəqsi parlamentdə böyük dəstək alıb. Deputatların parlamenti coşduran “Haka” rəqsi sosial şəbəkədə çox müzakirə olunub.

Gənc deputat çıxışında seçicilərinə müraciət edərək “Sizin üçün ölərdim, amma sizin üçün də yaşayardım” deyib.

Maori Haka rəqsi “müharibə rəqsi” kimi də tanınır. 18-ci əsrə aid olan Haka rəqsini ifa edənlər gözlərinin ağlarını göstərərək əllərini bədənlərinə, ayaqlarını yerə vuraraq rəqs edirlər.

Gununsesi.info