Parlamentdə hücum həyəcanı: Binaya girən şəxs deputatların üzərinə tullandı – VİDEO

  • By admin
  • 13 Dekabr 2023 13:50

Bu gün Hindistan parlamentində çaxnaşma yaşanıb.

Gununsesi.info xəbər verir ki, 22 il öncə parlament binasına edilən hücumun ildönümündə qara geyimə bürünmüş bir adam ziyarətçi bölgəsindən atlayıb və deputatların arasına girib.

Adamın arxasınca daha bir nəfərin deputatların arasına girməsi böyüş əndişə və təşviş yaradıb. deputatların masalarının üzərində qaçan iki adam qısa müddət sonra həbs edilib.

Hindistan mediası hadisəyə böyük maraq göstərdib, eyni zamanda parlamentin siyarətçilər bölgəsində çox ciddi bir zəiflik olduğu bildirib.

Hadisə zamanı Hindistanın Baş naziri Narendra Modi parlament binasında olmayıb.

Deputatlardan biri salona səs və qaz bombalarının atıldığını bildirib.

2001-ci ildə parlament binasına edilən hücum beynəlxalq ictimaiyyətə şok təsiri göstərib. Bu hücumda onlarla insan, o cümlədən 5 təcavüzkar həyatını itirib.

Gununsesi.info