Parlamentdə İran məsələsi ciddi müzakirə olunur

  • By admin
  • 14 İyun 2016 14:07

 Milli Majlis

 

HTML tutorial

Milli Məclisin yaz sessiyasının ilk növbədənkənar sessiyası davam edir. Gununsesi.info xəbər verir ki, iclasın gündəliyinə daxil olan 28 məsələdən əlavə, parlamentdə İran-Ermənistan münasibətləri ciddi  müzakirə olunur. Parlamentarilər İranın tutduğöu mövqeyi ciddi tənqid atəşinə tutblar. İclasda çıxış edən  millət vəkili Siyavuş Novruzov İran-Ermənistan münasibətlərinə toxunaraq bildirdi ki, mənim İranla bağlı mövqeyim hamıya bəllidir və bunu bilirlər: “Mən də burada İranın Ermənistanla münasibətləri haqqında deyilənlərlə razıyam. Ancaq onu da nalmalıyıq ki, iran müstəqil ölkədir və öz xarici siaysətinin prioritetləri var. Siyasətini də bu istiqamətdə qurur. Ancaq biz İrana qarşı siaysətimizdə necə səmimiyiksə, onlardan da bu reaksiyanı gözləyirik. Buna baxmayaraq hansı ölkəni də məcbur edə bilmərik ki. Gəlin bizimlə dost , müttəfiq olun. Baxmayaraq ki, Pakistan Azərbaycandan uzaqdır və bu ölkədə azərbaycanlı da yaşamır. Amma azərbaycanla strateji müttəfiqlik mövcuddur və biri-birimizə hərtərəfli dəstək veririk.” S. Novruzov əlavə etdi ki. Bir zamanlardan Azərbaycandan İrana qarşı istifadə etməyə çalışsa da, azərbaycan buna etiraz etdi. “İndi biz də bu siyasətin cavabını istəyirik və irandan səmimi mövqeyin sərgilənməsini gözləyirik.” S. Novruzov onu da qeyd etdi ki, zamanında İran Azərbaycana, xüsusəsn də Naxçıvana böyük dəstək verib. “90-cı illərin əvvəlində Naxçıvan blokada şəraitində olan zaman yalnız iran yardım etdi. “Ümid” körpüsünün tikintisindən sonra isə Naxçıvanın blokdadana çıxmasına Türkiyə yardım etdi. Biz bunları da yaddan çıxarmamalı və edilənləri qiymətləndirməyi bacarmalıyıq.”

Millər vəkili Fəzail Ağamalı isə bildirdi ki, iran müstəqil dövlətdir, öz siyasəti var və biz buna qarışa bilmərik: “Düzdür İranın Ermənistanla münasibəti Azərbaycanın maraqlarına ziddir. Baxmayaraq ki, Həsən Ruhani president seçildikdən sonra Azərbaycanla iran arasında münasibətlərin inkişafını gözləyirdik və çalışmalıyıq ki, əlaqələrimiz inkişaf etsin. Çünki İrana qarşı sanksiyalar tətbiq olunan zaman Azərbaycan İranın yanında oldu və biz indi İrandan belə bir mövqe sərgiləməsini istəyirik. İran Ermənistanı sözdə işğalçı dövlət kimi tanıdığını bəyan edir və istəyirik ki, bu dediklərini real əməldə də göstərsin. Bu yolla Qarabağ probleminin həllinə töhfəsini versin. Biz irandan sadəcə Azərbaycana qarşı siyasətində korrektə etsin.”

Deputat Elman Nəsirov isə bildirdi ki, Ermənistan tərəfi Həsən Ruhaninın bu ölkəyə səfərinə cəhd etsə də. buna nail ola bilmir. “Amma bu müddət ərzində H. Ruhani Azərbaycan 6 dəfə səfər edib və yaxın zamanlrda İran, Azərbaycan. Rusiya prezidentləri səviyyəsində görüş nəzərdə tutulur. Məhz iki ölkə arasındakı münasibətlərin nəticəsində son illərdə iqtisadi və digər sahələrdə ciddi irəliləyiş əldə olunub. İranla Azərbaycan arasında Şimal-Cənub, Şərq-Qərb dəmiyrolu dəhlizi rüeallaşır ki, bu da Azərbaycanın loqistik mərkəzə çevrilməsinə imkan verib.” E. Nəsirov onu da əlavə etdi ki, iki ölkə arasında münasibətləri pozmağa cəhd edən qüvvələr var və onlar Azərbaycanla İran arasında münasibətlərin inkişafına mane olurlar. Millət vəkili onu da bildirdi ki, İranın Azərbaycanla deyil, Ermənistanla əlaqələrin inkişafı ilk olaraq İranın ziyanınadır və biz bunu Tehranın nəzərinə çatdırmalıyıq.

 

Mürtəza Bunyadlı