Parlamentdə maliyyə fırıldağı qalmaqalı: Deputat həbs olundu

  • By admin
  • 07 Yanvar 2024 11:23

Tokio prokurorluğu Yaponiya parlamentinin aşağı palatasının hakim Liberal Demokrat Partiyasından (LDP) olan deputatı Yoşitaka İkedanı həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Siyasətçi onun iştirakı ilə keçirilən görüş və qəbullardan sonra partiyanın fonduna daxil olan vəsaitlərin mənimsənilməsində və sui-istifadəsində şübhəli bilinir. Qanuna görə, bir axşam toplanan məbləğ 200 min yenanı (təxminən 1,3 min dollar) keçərsə, donorların adları və verdikləri vəsaitin nominal dəyəri hesabat sənədlərinə daxil edilir.

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ölkənin tanınmış siyasi xadimlərinin daxil olduğu ən böyük partiya fraksiyası araşdırılır.

Geri ödəmə qalmaqalı Yaponiya hökumətinə dəstəyin çökməsinə, nüfuzlu nazirlərin istefasına və bəzi LDP liderlərinin vəzifələrindən uzaqlaşdırılmasına səbəb olub. Belə ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno, ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura, eləcə də LDP-nin siyasi şurasının rəhbəri Koiçi Haqiuda öz vəzifələrini tərk etməyə məcbur olublar.

Gununsesi.info