Parlamentdə ŞOK hadisə: Sədr deputatı buna görə iclasdan qovdu

  • By admin
  • 13 Dekabr 2023 09:00

Polşada ifrat sağçı Konfederasiya Partiyasının deputatı Qrzeqorz Braun Polşa parlamentinin aşağı palatası olan Seymdə Hanukka menorasında (yəhudilərin 8 günlük Hanukka bayramı zamanı yandırılan şamdan) şamları söndürmək üçün yanğınsöndürəndən istifadə edib.

Daha əvvəl antisemit bəyanatlar verən Braun yanğınsöndürən ilə menora yaxınlaşıb və şamları köpüklə söndürüb.

Gununsesi.info xəbər verir ki, Seym sədri Şimon Qolovnia Braunu hazırkı sessiyadan xaric edib və Donald Tusk hökumətinin etimad səsverməsi almalı olduğu iclası təxirə salıb.

Holovnya onu da bildirib ki, Braunun davranışına qarşı prokurorluğa vəsatət göndəriləcək və deputata qarşı dini mərasimə maneçilik törətdiyinə görə bəyanat veriləcək.

Seymin Rəyasət Heyəti Braunu 3 ay maaşının yarısından və 6 ay müddətinə bütün müavinətlərdən məhrum etmə cəzasına məhkum edib.

Rəyasət Heyəti Seym ofisinə prokurorluqla əlaqə saxlamağa icazə verib.

Gununsesi.info