Parlamentdə su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

Gununsesi.info -nun xəbərinə görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq.

 

İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir.

 

 

Gununsesi.info