Parlamentdən “lüks yaxta” istəyən dövlət başçısına soyuq duş

İqtisadi böhran içində olan Nigeriyada parlament prezident Tinubunun lüks yaxta tələbini rədd edib və pulun tələbələrə borc olaraq verilməsinə qərar verib.

Gununsesi.info xəbər verir ki, Nigeriya parlamentinin aşağı palatası hökumətin prezident Bola Tinubu üçün 6 milyon dollarlıq yaxta almaq planını rədd edib.

BBC-nin məlumatına görə, deputatlar büdcə təklifində bu xərci dəyişərək, tələbələrə kredit olaraq 6 milyon dollar verilməsinə qərar veriblər.

Hüquq müdafiəçisi və keçmiş deputat Shenu Sani deyib: “Yoxsullar kanoedə sağ qalmaq üçün mübarizə apararkən ölkə lideri üçün yaxta ala bilməzsiniz”.

Nigeriya Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi də, “137 milyon nigeriyalı həddindən artıq yoxsulluq içində yaşadığı halda, bu yaxtanın alınması heç bir şəkildə əsaslandırıla bilməz” bildirib.

Gununsesi.info