Parlamentdə büdcə zərfinin müzakirə müddəti daha bir gün uzadıldı

  • By admin
  • 08 Noyabr 2017 11:06

2018-ci il büdcə zərfinin Milli Məclisin komitələrində müzakirə müddəti daha bir gün uzadıldı.

Gununsesi.info xəbər verir ki, 2018-ci il büdcə zərfinin parlamentin komitələrində müzakirəsi iki gün nəzərdə tutulsa da, sonradan bu müddət üç günə qaldırılıb.

Məqsəd büdcə zərfinın daha ətraflı formada müzakirəsinə nail olmaq və daha çox parlamentarinin büdcə zərfi ilə bağlı mövqeyini öyrənməkdən ibarətdir.

Ona görə də büdcə zərfi ilə bağlı birgə komitələrin növbəti iclası noyabrın 13-nə təyin edilib. Noyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman komitəsi, Mədəniyyət komitəsinin birgə iclasında büdcə zərfi müzakirə olunacaq.

Mürtəza

Gununsesi.info