Parlamentdə gələn ilin büdcəsinin müzakirəsinə başlandı

  • By admin
  • 28 İyun 2022 11:37

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Gununsesi.info xəbər verir ki, büdcə layihəsini deputatlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. O bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Komitə sədri əlavə edib ki, büdcə Azərbaycanın qarşısında duran çağırışlara cavab verəcəyini, bunun üçün maliyyə bazası yaradacaq. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.

Gununsesi.info