Parlamentdə komissiya yaradıldı - Bəyanat hazırlanır

  • By admin
  • 25 Fevral 2022 11:42

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradıb.

Gununsesi.info xəbər verir ki, spiker Sahibə Qafarova bununla bağlı məlumat verib.

Parlament sədri qeyd edib ki, komissiyanın sədri vitse-spiker Adil Əliyevdir.

Komissiyanın üzvləri Elman Məmmədov, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Tamam Cəfərova və Kamal Cəfərovdur.

Komissiya işinə başlayıb.

Gununsesi.info