Parlamentin icazəsi olmadan büdcəyə müdaxilə olmamalıdır – DEPUTAT

  • By admin
  • 02 Fevral 2021 12:37

“Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur”.

 

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Tarif Şurasının üzvləri nazir müavinləridir, onlar da siyasi məsuliyyət daşımır: “Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.

Gununsesi.org