Parlamentin iki komitəsi birlikdə yeni qanun layihəsi hazırlayır

  • By admin
  • 31 May 2017 21:05

milli_meclis_esas

Parlamentin iki komitəsi tərəfindən yeni qanun layihəsi üzərində işlər aparılır.

Gununsesi.info-nun məlumatına görə, bu haqda parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi Aqrar siyasət komitəsi ilə MM-in Əmək və sosial siyasət komitəsi tərəfindən birgə hazırlanır.

O, qanun layihəsi haqda geniş bilgi verməsə də, sənədin yaxın zamanlarda komitələr səviyyəsində ilkin müzakirələrə çıxarıla biləcəyini söyləyib.

KAMİL

Gununsesi.info