Parlamentin komissiyasına yeni seçiləcək deputatın adı bəlli oldu

  • By admin
  • 25 Sentyabr 2020 11:02

Milli Məclisin Hesablayıcı komissiyasına yeni üzv seçiləcək.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Deputat Eldar Quliyevin komissiyaya üzv seçilməsi təklif edilib.

Qeyd edək ki, həmin komissiyanın sədri mərhum deputat Fəttah Heydərov idi.

O, bu ilin avqust ayında vəfat edib.

Milli Məclisin Hesablayıcı komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

2020-ci ilin martın 11-də həmin Komissiyanın tərkibi müəyyənləşmişdi və sədri seçilmişdi.

Komissiyanın yeni tərkibi isə prosedura görə, yaz sessiyasının birinci iclasında yaradılmalıdır.

Gununsesi.info