Parlamentin komitə iclasları başladı

Milli Məclisin yaz sessiyası ilə bağlı bu gündən komitə iclaslarının keçirilməsinə başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu gün parlamentin Regional məsələlər, Elm və təhsil komitələrinin iclasları planlaşdırılıb.

HTML tutorial

Xatırladaq ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılmışdı. Ötən gündən etibarən parlament öz işinə başlayıb. Yaz sessiyasının ilk iclası Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, fevral ayının 1-də keçiriləcək.

Gununsesi.info