
“Əriklər ölkəsi” Partiyası ölkənin paytaxt meri postuna iddialıdır. Hətta adıçəkilən siyasi təşkilat seçicilərin 50 fazidən çoxunun səsini qazanacağına əmindir.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, belə bir bəyantla Ermənistanın “Əriklər ölkəsi” Partiyasından İrəvan meri postuna namizədi Zarui Postancyan deyib.
Postancyan seçililərlə görüşdə “Əriklər ölkəsi” Partiyasının namizədi olaraq İrəvanın meri mən olacağam” – deyə qeyd edib.
Seçicilərlə görüşdən sonra İrəvann hazırkı meri, hakim Respublikaçılar Partiyasından olan namizəd Toran Markaryanın yaşadığı mənzilin qarşısına gedərək, orada seçicilərlə görüş keçirib.
İrəvan merinin yaşadığı evin qarşısında keçirdiy görüşdə çıxış edən Z.Postancyan deyib ki, mer öz maaşı ilə belə bir bina tikdirə bilməz: “Bu, birmənalıdır. Mən onun evində olmamışam, ancaq xaricdən görünüşü hər şeyi deyir. Hər hansı məmur maaşı ilə belə bir bina tikdirə bilməz. Mer gəlirləri ilə bağlı deklarasiya təqdim etməli olduğu halda bunu etmir və gəlirlərini xalqdan gizlədir. Əgər ölkədə yoxsulluğun səviyyəsi 35 faizdən çoxdursa, o zaman merin belə bir imarətə sahib olmasına haqqı yoxdur”.
Mürtəza
Gununsesi.info