
Xətai Partiyasının sədri Babək Ədalətlinin oğlu Emil Ədalətli Binəqədi polisi tərəfindən təqib olunur.
Bu barədə Gununsesi.info-ya adıçəkilən şəxsin özü bildirib.
Onun sözlərinə görə, Milli Şuranın son aksiyalarına qatıldığı üçün Binəqədi polis idarəsinin 5 -ci bölməsinin rəhbərliyi onu polisə çağırıb hədələyib: “Bir neçə gündür ki, mənə sahə müvəkkili Fərid Ələkbərov və rəis müavini Elnur Əzizov məni hədələyir ki, mitinqlərə niyə gedirsən. İzah eləməyə çalışdım ki, aksiyalar qanunsuz deyil və meriya ilə razılaşdırılıb. Həmçinin, bu mənim hüqqumdur”.
Gununsesi.info