Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu

  • By admin
  • 18 Noyabr 2022 17:15

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

Gununsesi.info bildirir ki, bu  barədə Anar Əsədli  öz feysbuk səhifəsində yazıb.

HTML tutorial

“Bu gün Ankaraya səfərim var idi və hal hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hal-hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.

Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır.”

Qeyd edək ki, Anar Əsədlinin adı son zamanlar dələduzluq hallarında çəkilib.

Arzu
Gununsesi.info