Partiya sədri 25 milyon dollarlıq bağ evini satdı

  • By admin
  • 05 İyun 2022 14:49

Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Bilgəh qəsəbəsində faktiki olaraq ona məxsus olan bağ evini satıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf.com-a 1 hektara yaxın ərazisi olan həmin bağ evinə iddialı sabiq deputat Qalib Salahzadənin yaxınları məlumat verib.

Məlumatda qeyd olunur ki, Əliyeva (Camalova) Lətifə Əliağa qızı, Camalov Həmidağa Əliağa oğlu, Camalov Əminağa Əliağa oğlu redaksiyamıza göndərdikləri birgə məlumatda qeyd edirlər ki, anaları Camalova Kübra Mirəbdül Hüseyn qızına məxsus və hazırda onların vərəsə olduğu bağ sahəsinə girişlərinə qadağa qoyulub.

“Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov bacımız oğlu Hacı Qaliblə söhbət edərkən bildirib ki, sözügedən torpaq sahəsi bir biznesmenə satılıb. Həmin şəxs Rəsul Quliyevə yaxın adamdır. Hacı Qalib həmin vəzifəli kim olduğunu dəqiq bilir, amma adını açıqlamır. Bizə məxsus olan bağ evi boşaldılmalıdır, əks təqdirdə geriş mətbuat konfransı keçirib bu işi arxasında duranların adlarını açıqlayacağıq”, deyə məlumatda bildirilir.

Bildirilir ki, 80 sot torpaq sahəsində Hacı Qalib və onun qohumlarının 8-ə yaxın mülkləri var. Bağ evinin qiymətinin 25 milyon dollar olduğu bildirilir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən GAP sədri bağ evini satdığını nə təsdiq, nə də təkzib edib: “Bu şəxsi məsələdir və cəmiyyət üçün də maraqlı olmamalıdır. Kiminsə maşınını və ya evini satması və ya alması niyə başqalarını maraqlandırmalıdır, anlamıram. Qarşı tərəf nədənsə narazıdırsa buyurub dövlətin hüquq-mühafizə orqanlarına müraciət etsin. Qarşı tərəfi də dövlətimiz adından qəbul edilmiş məhkəmə qərarlarına hörmətlə yanaşmağa çağırıran”

Gununsesi.info